"Zaur Ustacın ədəbi
fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən “baxımsız qalmış”,
gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə,
cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına
çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən
cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını
müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii
konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Amma şükürlər
ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də
ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi
yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır." - Çox
sağ olun, Qurban müəllim. Təşəkkürlər, Reshad müəllim. Allah Sizi qorusun.. Bütün
əməyi keçənlərə minnətdarlığımı bildirirəm. Var olun.
среда, 29 апреля 2020 г.
среда, 22 апреля 2020 г.
понедельник, 20 апреля 2020 г.
пятница, 17 апреля 2020 г.
Подписаться на:
Сообщения (Atom)