DAHA TƏK DEYİL ONLAR
Bütün çöhrələr gülür,
Nur üzdə dönüb Paşa...
Tək deyil, gəlib dostlar,
Ar bizdə dönüb daşa...
* * *
Əlim üzümdə qalıb,
Gücüm sözümdə qalıb,
Arzum gözümdə qalıb,
Qan gözdə dönüb yaşa...
* * *
Ustacın sınıb beli,
Yazmır, quruyub əli,
Yox nitqi, batıb dili,
Söz düzdə dönüb quşa...
29.12.2020. - Bakı ş.
Müəllif: Zaur Ustac
...Artıq tək deyilsiniz - toplaşır igid oğullar başınıza, Paşalar....