понедельник, 3 сентября 2018 г.

Ehsan – Aləm Kəngərlinin hekayəsi

        "Ehsan”ın altyapısında həyat-ölüm, dünya-axirət modeli durur. Bu iki əks qütb arasında mediator isə ehsandır. Ehsan zamanı edilən dualar mərhumun ruhunun axirətə keçməsinə mənəvi dəstəkdir. Kənd camaatının Maisin ehsanına gəlməməsi onu axirətə gedən yolda bu dəstəkdən məhrum edir. Ehsanın itə qismət olması isə yolun ümumən kəsilməsinə işarədir. Alabaş qədim Misir mifindəki Anubis, yaxud yunan mifindəki Serber adlı qorxunc köpək kimi axirətin qapısı ağzında durub, mərhumun ruhunu içəri buraxmır. Pis əməl sahibi öz ölümü ilə təkcə dünyasını yox, həm də axirətini itirir. 


  Əsəd Cahangir
                    Ehsan – Aləm Kəngərlinin hekayəsi: Bu günlərdəQanun” nəşriyyatında yazıçı Aləm Kəngərlinin hekayələr və eyniadlı povestdənibarət Naməlum adam” kitabı işıq üzü görüb. Əsəd Cahangirin təqdimatı