среда, 29 апреля 2020 г.


"Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən “baxımsız qalmış”, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır." - Çox sağ olun, Qurban müəllim. Təşəkkürlər, Reshad müəllim. Allah Sizi qorusun.. Bütün əməyi keçənlərə minnətdarlığımı bildirirəm. Var olun.


ƏDƏBİYYAT BAĞÇASINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR - Ülviyyə Nərimanqızı yazır

ƏDƏBİYYAT BAĞÇASINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR - Ülviyyə Nərimanqızı yazır