вторник, 29 декабря 2020 г.

Azərbaycanın Ən Müqəddəs Məkanı - Şəhidlər haqqında Şeirlər

DAHA TƏK DEYİL ONLAR

Bütün çöhrələr gülür,
Nur üzdə dönüb Paşa...
Tək deyil, gəlib dostlar,
Ar bizdə dönüb daşa...
* * *
Əlim üzümdə qalıb,
Gücüm sözümdə qalıb,
Arzum gözümdə qalıb,
Qan gözdə dönüb yaşa...
* * *
Ustacın sınıb beli,
Yazmır, quruyub əli,
Yox nitqi, batıb dili,
Söz düzdə dönüb quşa...

29.12.2020. - Bakı ş.

Müəllif: Zaur Ustac

...Artıq tək deyilsiniz - toplaşır igid oğullar başınıza, Paşalar....

понедельник, 14 декабря 2020 г.

четверг, 2 июля 2020 г.

Adalet.az | Aqil ABBAS: QIZ GÖRMƏMİŞ SİNƏSİNDƏN YARALANIB ŞƏHİD OLAN

"...Bir döyüşdə həm oğlu Sənan ağır yaralanır, həm də bir şagirdi. Güllə yağış kimi yağır, ikisindən birini xilas edə bilər – şagirdini xilas edir. Sənanı xilas etmək üçün isə Rey Kərimoğlu girir güllənin altına Sənanı çıxarır. Və Sənan Reyin qucağında «mən qız görmədim ey»- deyib Tanrıya qovuşur.



Mənim «Dolu» romanımdakı Məllim obrazı Hacı Əkbər Rüstəmovdu...." - Allah Sənana və digər bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin... Əkbər Müəllimə və digər vətən həsrəti, vətən xiffəti çəkən kişilərə ömür versin ki, hamı arzusuna çatsın - dəyərli ziyalımız Aqil Abbasın Əkbər Müəllimə arzusunu mütləq oxuyun...Adalet.az | Aqil ABBAS: QIZ GÖRMƏMİŞ SİNƏSİNDƏN YARALANIB ŞƏHİD OLAN

среда, 24 июня 2020 г.

среда, 29 апреля 2020 г.


"Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən “baxımsız qalmış”, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır." - Çox sağ olun, Qurban müəllim. Təşəkkürlər, Reshad müəllim. Allah Sizi qorusun.. Bütün əməyi keçənlərə minnətdarlığımı bildirirəm. Var olun.


ƏDƏBİYYAT BAĞÇASINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR - Ülviyyə Nərimanqızı yazır

ƏDƏBİYYAT BAĞÇASINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR - Ülviyyə Nərimanqızı yazır